Karşılama

Azərbaycan - zəngin təbii sərvətləriylə, qədim tarixi və fərqli mədəniyyətlərin adət -ənənələrinin bənzərsiz və ahəngdar birləşimini təqdim edən həyat tərzinə malik insanlarıyla ecazkar bir ölkədir. Bəşəriyyətin ən qədim məskənlərindən olan Azərbaycan qədim zamanlardan bəri Böyük İpək Yolu üzərindəki ən vacib nöqtələrdən biri olmuşdur. Zaman bugünkü nəsil üçün çox sayda qədim arxeolojik və memarlıq abidələrini qoruya bilmişdir. Azərbaycan hökumətinin ölkədə apardığı “Açıq Qapı” siyasəti, cəmiyyətdəki demokratikləşmə, sosyal və iqtisadi islahatlar müstəqil Azərbaycanın vətəndaşlarına xarici ölkələri ziyarət üçün gözəl imkanlar yaratmışdır. Azərbaycanı ziyarət edən xarici vətəndaşların sayı hər keçən gün sayı artır. Azərbaycan tarixi şəhərləri, sarayları, qalaları, türbələri və məscidləri ilə turizm sənayesinin inkişaf etdirilməsi üçün böyük potensiala malikdir. Ölkə ərazisində 6 mindən çox tarixi memarlıq abidələri mövcuddur. Azərbaycan bənzərsiz təbii iqlim şərtlərinə sahib olan bir ölkədir. Bilindiyi kimi, dünyanın 11 iqlimindən 9-u Azərbaycan ərazisinde mövcuddur. Azərbaycan valehedici təbii mənzərələrə, mədəniyyət abidələrinə və müasir istirahət mərkəzlərinə malikdir. Meşələrlə əhatə ounmuş Xudat-Yalama sahilboyu, Abşeron və Lənkəran sahilboyu istirahət üçün gözəl məkanlardır. İncə qumlu çimərliklər 5-6 ay boyunca 22-26°C temperaturdakı suyu ilə çimərlik mövsümünün uzun müddətli olmasını təmin edir. Şamaxı, Qəbələ və Qusar alpinizm və qış idmanları üçün ideal məkanlardır. Bir çox quş və heyvan növünün lisenziyalı olaraq ovlana bildiyi qoruqlarda onlara rahatca tamaşa etmək və asanlıqla fotoşəkillərini çəkmək də mümkndür. Azərbaycanda bir çox müalicəvi turizmi obyekti və spalar var ki, bunlar bir çox xəstəliklərin təbii üsullarla müalicəsinə imkan yaradır. Naxçıvan mineral suları ilə zəngin bir bölgəmizdir. Dünyadakı tək müalicəvi neft qaynaqlarına sahib Naftalan tayı bərabəri olmayan müalicəvi turizm obyektinə sahibdir. Bakı və Abşeron yarımadası, Naxçıvan, Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkəran-Astara bölgələri, Şirvan və Gəncəbasar bölgələrinin tarixi məkanları Azərbaycana səyahət edənlər üçün cəlbedicidir. Bu yerlərin gözəl təbiəti, çox sayıdaki tarixi abidələrin qalıntıları, möhtəşəm etnoqrafik zənginliyi, yerli sənətkarların məftun edici əl işləri Azərbaycanı ziyarət edənlərdə onun haqqında unudulmaz təəssüratlar yaradacaqdır.